Papaya qeyri-invaziv mexaniki nəfəs aparatı tələb olunmur.
Papa Fransiskin vəziyyəti stabilləşib və onun süni nəfəs aparatına ehtiyacı yoxdur.
Operativ Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"Papaya qeyri-invaziv mexaniki nəfəs aparatı tələb olunmur, yalnız yüksək axınlı oksigen terapiyası tələb edilir", - məlumatda deyilir.
Sənədin mətninə görə, pontifikin hərarəti yoxdur, lakin mürəkkəb klinik mənzərəyə görə proqnoz ehtiyatlı olaraq qalır.