EN

Putin Makronla telefon danışığından BİRDƏFƏLİK İMTİNA ETDİ  

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emanuel Makronla telefonla danışmaqdan birdəfəlik imtina edib.

Parol.az xəbər verir ki, bu barədə Kremlə yaxın insayderlər məlumat yayıblar.

Bildirilib ki, Putin Ukrayna problemini yalnız ABŞ prezidenti Donald Trampın komandası ilə həll etmək niyyətindədir.

Məlumatda o da bildirilib ki, Rusiya prezidenti fransalı həmkarının ona zəng etmək və beynəlxalq siyasi vəziyyət və Ukrayna nizamlanması məsələsini müzakirə etmək təklifini son üç həftə ərzində azı dörd dəfə rədd edib.

Chosen
26
parol.az

1Sources