Türkiyəli müğənni Edip Akbayram vəfat edib.
Heftelik.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, 75 yaşlı sənətçi İstanbulda xəstəxanalardan birində vəfat edib.
Sətəlcəm xəstəliyindən əziyyət çəkən müğənni daxili qanaxma səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Yanvarın 4-dən müalicəsi davam edən Edip Akbayram poliorqan çatışmazlığından bu gün saat 19.30-da dünyasını dəyişib.