Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində yerləşən “Krasnıy kit” ticarət mərkəzində atışma olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Şarapovo yolunda yerləşən ticarət mərkəzində atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Qanun pozucusu saxlanılıb”, - qurumun məlumatında qeyd olunub.
İnsident yerli vaxtla saat 17:10 radələrində baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Məlumata görə, ziyarətçi ticarət mərkəzinin mühafizəçisi ilə mübahisə edib, nəticədə həmin şəxs silahdan bir neçə dəfə atəş açıb.
Rusiya İstintaq Komitəsi insidentlə bağlı cinayət işi açıb.
Ətraflı bu linkdəki videomaterialda: https://www.youtube.com/watch?v=_pZZzq-ZTHs