EN

Cənubi Karolinada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Cənubi Karolina ştatında meşə yanğınlarının genişlənməsi iləəlaqədar fövqəladə vəziyyət elan olunub.

Trend xəbər verirki, bu barədə ştatın qubernatoru Henri Makmasterin saytında məlumatyayılıb.

Qubernatorun sərəncamı yanğınla mübarizə tədbirlərinigücləndirmək məqsədi daşıyır. Ştat sakinlərinə ocaq yandırmaqqadağan edilib. Qanunu pozanlar müvafiq qaydada məsuliyyətə cəlbolunacaqlar.

Cənubi Karolina Yanğınsöndürmə İdarəsinin məlumatına görə, ştatərazisində hazırda təxminən 17 kvadrat kilometr sahəni əhatə edən175 yanğın qeydə alınıb.

Chosen
38
2
az.trend.az

3Sources