EN

A Seriyası: “Milan” uduzdu, “Roma” qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Cenoa” – “Empoli” matçında qalib müəyyənləşməyib. “Montsa” isə doğma meydanda “Torino”ya 2 cavabsız qolla uduzub.

Günün digər üç oyununda qapılara 3 qol vurulub. “Bolonya” evdə “Kalyari”yə, “Roma” “Komo”ya qalib gəlib. “Milan” isə “Latsio” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.

27-ci tura martın 3-də keçiriləcək “Yuventus” – “Verona” matçı ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
27-ci tur
28 fevral

Fiorentina – Leççe 1:0
Qol: Qosens, 9.

1 mart

Atalanta – Venesiya 0:0

Napoli – İnter 1:1
Qollar: Billinq, 87 – Dimarko, 22.

Udineze – Parma 1:0
Qol: Toven, 38-pen.

2 mart

Montsa – Torino 0:2
Qollar: Elmas, 41. Kasadey, 66.

Bolonya – Kalyari 2:1
Qollar: Orsolini, 48-pen; 56 – Pikkoli, 22.

Cenoa – Empoli 1:1
Qollar: Vaskes, 81 – Qrassi, 36.

Roma – Komo 2:1
Qollar: Salemakers, 61. Dovbik, 76 – Da Kunya, 44.

Milan – Latsio 1:2
Qollar: Çukvueze, 85 – Zakkayni, 28. Pedro, 90+8-pen.

3 mart

23:45. Yuventus – Verona

Chosen
30
1
arena.az

1Sources