EN

Xırdalanda gecənin dəhşətli yanğını - "AAAF Park" alovla qərq oldu, nazirlik böyük qüvvə ilə.../FOTO

"AAAF Park"da yerləşən "Faxralı" restoranında güclü yabğın olub.  

Fövqəladə Hallar Nazirliyinin qüvvələri Xırdalandakı iaşə obyektində baş verən yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısını alıb. 

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.

 Xatırladaq  ki, yanğın AAAF PARKda ticarət obyetklərinin yerləşdiiyi böyük ərazidə baş verib. Yanğın güclənərək geniş əraziyə yayılsada FHN qüvvələri güclü alovların daha çox yayılmasının qarşısını alıb. Hələdə hadisə yerində tədbirlər davam etdirilir.







Chosen
146
8
paytaxt.org

10Sources