EN

İran Birləşmiş Ştatlarla təzyiq altında danışıqlar aparmayacaq  - Rəsmi Tehran

Biz nüvə proqramı sahəsində Rusiya və Çindəki dostlarımızla məsləhətləşmələri davam etdirəcəyik.

Parol.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrovla Tehranda keçirilən mətbuat konfransında deyib.

İran XİN rəhbəri bildirib ki, ölkəsi təzyiq və təhdidlər altında nüvə proqramı üzrə ABŞ-la birbaşa danışıqlar aparmayacaq:

"İranın nüvə danışıqlarındakı mövqeyi tam aydındır. Biz təzyiq və sanksiyalar altında danışıqlar aparmayacağıq. Bu şəkildə maksimum təzyiq olunmayana qədər bizimlə ABŞ arasında birbaşa danışıqların aparılması imkanı yoxdur".

Chosen
84
6
parol.az

10Sources