EN

Zelenski: Ukrayna ABŞ-la saziş imzalamağa hazırdır

Zelenski: Ukrayna ABŞ-la saziş imzalamağa hazırdır

Ukrayna ABŞ-la mineral ehtiyatlar üzrə saziş imzalamağa hazırdır.AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib ki, imzalanma Ağ Evdəki çəkişmə səbəbindən baş tutmayıb."Bizim siyasətimiz konstruktiv surətdə keçmişdə olanı davam etdirməkdir. Əgər tərəflər hazırdırsa, faydalı qazıntılar üzrə saziş imzalamağa razıyıq", - deyə Zelenski BBC müxbirinin suallarını cavablandırarkən deyib.Qeyd edək ki, sözügedən saziş fevralın 28-də imzalanmalı idi. Lakin Zelenski Ağ Evə səfəri ABŞ prezidenti Donald Trampla mübahisə ilə nəticələndiyi üçün sazişin imzalanması təxirə salındı.

Chosen
108
14
afn.az

10Sources