EN

Rafael Ağayev Monteneqroya yola düşür

Dünya karatesinin canlı əfsanəsi Rafael Ağayev ölkə xaricindən aldığı çoxsaylı təkliflər arasında Monteneqroya yollanmağa qərar verib.

Publika.az xəbər verir ki, 6 qat dünya, 11 qat Avropa çempionu və Tokio Olimpiadasının gümüş medalçısı olan Ağayev bu ölkənin Bar şəhərində 2 günlük seminar keçirəcək. Seminar martın 8-9-da baş tutacaq və U-12, U-14, kadetlər, gənclər və böyüklər iştirak edə bilərlər.

Canlı əfsanənin təlimlərinə qatılmaq istəyən məşqçilər 50, idmançılar isə 75 avro ödəməlidirlər.

Chosen
71
9
publika.az

10Sources