EN

Dilanla Engin ayrılır - FOTO

Məşhur türkiyəli fenomen Dilan Polat əri Engin Polatla ayrıldığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu haqda Dilan sosial şəbəkə hesabında yazıb. O bildirib ki, artıq onun həyatına ziyan vurmaq istəmir:

"Deməli, yan-yana olanda bir-birimizə zərər veririk. Həyat yoldaşım Engin Polatla yolları ayırmaq qərarına gəldim. Sadəcə, uzaqlaşmaq istəyirəm. Hamıdan və hər şeydən. Heç birinizə haqqımı halal etmirəm. Hər şeyimi əlimdən aldınız: həyat sevincimi, həvəsimi, hər şeyimi...".

Qeyd edək ki, bir müddət əvvəl cütlük barəsində çirkli pulların yuyulması maddəsi ilə cinayət işi açılmışdı.

Dünən isə onların hər ikisi haqqında narkotik vasitələrin istifadəsi ilə bağlı yeni araşdırma başlanılıb. Engin Polat bildirib ki, özü və xanımından izahat alındıqdan sonra sərbəst buraxılıblar.

Əlavə edib ki, baş verən hadisələr onların ailəsinə təşkil olunan qarayaxma kampaniyasıdır.

Cütlük bir müddət əvvəl üçüncü övladlarının doğulacağını açıqlamışdı. 



Chosen
50
10
sherg.az

10Sources