Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” doğma meydanda “Suvon”la qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.
90 dəqiqə meydanda olan Krivotsyuk komandasının qələbəsində pay sahibi olub.
“Daejeon” turnir cədvəlində hazırda 6 xalla 2-ci pillədə qərarlaşıb.