EN

Kanada Trüdo ABŞ-nin tariflərinə proporsional cavab verəcəyini bildirib

Bakı. Trend:

Kanadanın baş naziri Castin Trüdo, ABŞ-nin martın 4-də Ottavayaidxal tarifləri tətbiq edəcəyi təqdirdə, proporsional cavabveriləcəyini bəyan edib.

Trend xəbər verirki, bunu Trüdo mətbuat konfransında bildirib.

“Biz bu tariflərin tətbiqindən yayınmağa çalışırıq. Lakin onlartədbir görsələr, biz onlara birbaşa mütənasib və qeyri-müəyyənşərtlərlə cavab verəcəyik”, - Trüdo deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, Kanadadan vəMeksikadan idxal olunan mallara tətbiq ediləcək 25%-lik rüsumlarınmartın 4-dən qüvvəyə minəcəyini açıqlamışdı.

Fevralın əvvəlində Tramp Meksika və Kanadanı tariflərlə hədələsədə, hər iki ölkə bu tədbirləri 30 gün təxirə salmağa nailolmuşdu.

Chosen
16
az.trend.az

1Sources