EN

İSRAİLDƏ ETİRAZLAR SƏNGİMƏK BİLMİR » AzadMedia.az


İSRAİLDƏ

Atəşkəsin 42 günlük nəzərdə tutulan ilkin mərhələsinin sona çatmasına baxmayaraq, tərəflər bu müddətin uzadılması barədə razılıq əldə etməyiblər.

AzadMedia.az xəbər verir ki, HƏMAS ikinci mərhələ üçün nəzərdə tutulacaq atəşkəsin müvəqqəti yox, daimi xarakter daşımsını və İsrailin Qəzzanı tamamilə tərk etməsini tələb edir.

KİV xəbər verir ki, İsrail Qəzza zolağına humanitar yardımları dayandırıb və və bütün keçid məntəqələrini bağlayıb.
Qeyd olunur ki, humanitar yardımların tədarükü Fələstinin HƏMAS hərəkatının ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqları davam etdirmək planından imtina etməsi səbəbindən dayandırılıb.

İsrailin bu addımı Misir, Qətər və bir sıra digər ərəb dövlətləri, eləcə də BMT tərəfindən tənqid olunub.
Onlar İsraili aclıqdan silah kimi istifadə etməklə humanitar hüququ pozmaqda ittiham ediblər.
İkinci mərhələ ilə bağlı danışıqlar bir ay əvvəl başlamalı idi, lakin hələ başlamayıb.

Hazırda HƏMAS 59 nəfəri girov saxlayır. Onlardan yalnız 24-nün həyatda olduğu bildirilir.

Netanyahu son açıqlamasında yeni saziş üzərində işlədiklərini qeyd edib. Bu sazişə əsasən, elan olunacaq yeni atəşkəsin ilk günündə HƏMAS girovlardan yarısını təhvil verəcək, qalan hissəsi isə Ramazan ayı ərzində daimi atəşkəs əldə olunduqdan sonra azadlığa buraxılacaq.

Atəşkəsin altı həftəlik ilk mərhələsi çərçivəsində HAMAS 25 İsrail girovunu və digər 8 nəfərin meyitini qarşı tərəfə təhvil verib, İsrail isə 2000 fələstinli məhbusu azad edib.

İsrailin 16 aya yaxın davam edən hücumları nəticəsində Qəzza zolağında 48 mindən çox fələstinli həlak olub. Nazirlik ölənlərin yarıdan çoxunun qadın və uşaqlar olduğunu bildirib.

Chosen
16
1
azadmedia.az

2Sources