Bakı. Trend:
Bakı-Quba ödənişli avtomobil yolunda beş “Toyota" yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Bildirilib ki, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobilyolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilininqoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələriyanıb.
Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.