EN

"Oskar" mükafatının qalibləri elan olundu

Bakı.Trend:

ABŞ-nin Los-Anceles şəhərində Amerika Kinoakademiyasının sayca97-ci “Oskar” mükafatlandırma mərasimi baş tutub.

Trend xəbər verirki, ilin ən yaxşı filmi nominasiyasına Şon Beykerin “Anora” adlıbədii filmi layiq görülüb.

Mayki Medisonun baş rola çəkildiyi film Brayton-Biçdə seksişçisi olan bir rusdilli qadının acı taleyindən bəhs edir.

Aktrisa, eyni zamanda, ən yaxşı qadın obrazı nominasiyasında“Oskar” mükafatına layiq görülüb. Filmin rejissoru Şon Beyker isəən yaxşı rejissor seçilib.

Adıçəkilən kinodram, bundan başqa, ən yaxşı orijinal ssenari vəən yaxşı montaj nominasiyalarının qalibi olub. Flm ümumilikdə 5“Oskar” heykəlciyinə yiyələnib.

Ən yaxşı aktyor nominasiyasında “Brutalist” filindəcanlandırdığı yəhudi əsilli memar obrazına görə Edrion Brodi layiqgörülüb. Ən yaxşı ikinci dərəcəli aktrisa və aktyornominasiyalarında isə müvafiq olaraq Zoy Saldana və Kyiran Kalkinqalib gəliblər.

Məqalədə:
Chosen
47
az.trend.az

1Sources