EN

Bu rayonların polis idarələrində saxlanılanların vəkilləri ilə görüşlərinin təşkilində problemlər var

Bakı. Trend:

Penitensiar Xidmətin müəssisələrinə başçəkmələr zamanı müxtəlifkateqoriyadan olan şəxslərin birgə saxlanılmasına rast gəlməkmümkündür.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, qanunvericiliklə əksi təsbit olunsa da,Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına başçəkmələrzamanı ilk dəfə cinayət törətməkdə təqsirləndirilən şəxslərinəvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmiş şəxslərlə,habelə yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatanlarlabirgə saxlanıldığı müşahidə edilib.

“2024-cü ildə də Bakıda və regionlarda yerləşən bir sıramüvəqqəti saxlama yerlərinə (MSY) başçəkmələr zamanı ilk dəfəcinayət törətməkdə şübhəli bilinən şəxsin əvvəllər azadlıqdanməhrum edilmiş şəxslə birgə saxlanılması halları aşkar edilib,bununla bağlı qanunvericiliyin tələbləri polis əməkdaşlarına izahedilib. Müəssisə rəhbərliyi və əməkdaşlarla aparılan izahat işlərizamanı bəzən onların qanunvericiliyin bu tələbi barədə məlumatlıolmadıqları müəyyən edilib.

Bəzi MSY-lərin kameralarında işıqlandırmaya, istiliyinverilməsinə, saxlanılan şəxslərin sayına görə oturacaqlarınolmasına, gəzinti yerinin beynəlxalq standartlara uyğun təşkiledilməsinə, açıq havada fiziki hərəkətlərin icrası üçün zərurişəraitin yaradılmasına diqqət artırılmalıdır. Qanunvericilikləmüəyyən edilmiş tələb və standartların pozulması ilə əlaqədarnöqsan və çatışmazlıqlar daha çox Saatlı, Sabirabad, Siyəzən və Qaxrayon polis şöbələrinin MSY-lərində müşahidə edilib”, - deyəməruzədə qeyd edilib.

Əlavə edilib ki, xüsusən Abşeron, Binəqədi və Nizami rayon polisidarələrində saxlanılan şəxslərin vəkilləri ilə maneəsizgörüşmələrinin təşkilində problemlər qalmaqdadır.

Məqalədə:
Chosen
29
1
az.trend.az

2Sources