EN

Kriştianu Ronaldunun uşaqlıq kumiri kim olub?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ən-Nəsr" və Portuqaliya millisinin ulduz hücumçusu Kriştianu Ronaldu uşaq vaxtı kumiri olan futbolçuların adlarını çəkib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Give me Sport"a açıqlamasında bildirib:
"Ronaldo və Ronaldinyo öz hekayələrini yazıb getdilər. Onlardan daha çox fərdi titul qazandığımı deyə bilərəm, amma hər ikisi dünya çempionu oldular. Mən onları çox bəyənirəm. Onların oyunlarına baxaraq böyümüşəm. Onlardan ən yaxşısı kimdir? Məsələ bunda deyil. Onların mənim kumirlərim olduqlarını və futbolda miras və tarix qoyub getdiklərini söyləmək istəyirəm".
Qeyd edək ki, hazırda karyerasını davam etdirən 40 yaşlı Ronaldonun aktivində 925 qol var.
Chosen
24
oxu.az

1Sources