NBA-da ötən gecə bir-birindən maraqlı oyunlar baş tutub.

Offsideplus.az ərgin mübarizələrin yaşandığı qarşılaşmalarda bəzi komandalar gözlənilməz nəticələrlə azarkeşlərini sevindirib, bəziləri isə məğlubiyyətlə meydanı tərk edib. Xüsusilə, “Cleveland Cavaliers”in əlavə vaxtda qazandığı dramatik qələbə və “Oklahoma City Thunder”in məhsuldar oyunu gecənin ən yadda qalan anları olub.

Gecənin nəticələri:

“Cleveland Cavaliers” əlavə vaxtda “Portland Trail Blazers” üzərində 133-129 hesabı ilə qalib gəlib.

“Indiana Pacers” səfərdə “Chicago Bulls” komandasını 127-112 hesabı ilə məğlub edib.

“New York Knicks” ev oyununda “Miami Heat”i 116-112 hesabı ilə üstələyib.

“Toronto Raptors” çətin qarşılaşmada “Orlando Magic”i 104-102 hesabı ilə məğlub edib.

“Oklahoma City Thunder” yüksək tempdə keçən oyunda "San Antonio Spurs”u 146-132 hesabı ilə məğlub edib.

“New Orleans Pelicans” evdə “Utah Jazz”a qarşı 128-121 hesablı qələbə qazanıb.

“Los Angeles Lakers” şəhər derbisində “Los Angeles Clippers” üzərində 108-102 hesablı qələbə əldə edib.

“Minnesota Timberwolves” güclü oyun nümayiş etdirərək “Phoenix Suns”u 116-98 hesabı ilə məğlub edib.H