EN

Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalıblar - HESABAT

Bakı. Trend:

Ombudsmana ünvanlanan müraciətlərdə bir sıra vətəndaşlarıntexniki vasitələrə və internet resurslarına çıxış imkanlarınınməhdud olması səbəbindən “elektron məhkəmə” informasiya sistemindənistifadə ilə bağlı çətinliklərlə üzləşdikləri, habelə birinciinstansiya məhkəmələrinin qərar və qərardadlarından elektronkabinet vasitəsilə apellyasiya şikayəti verilməsi üçün nəzərdətutulmuş formanın mürəkkəb olması səbəbindən vəkil xidmətlərindənistifadə etməyə məcbur qaldıqları bildirilib.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, bəzi hallarda “elektron məhkəmə”informasiya sistemində yaranmış nasazlıqlar məhkəmələrdəsüründürməçillik hallarına səbəb olub:

“Qeyd olunan çətinliklər nəzərə alınaraq, vətəndaşların“elektron məhkəmə” sistemindən istifadəsinin imperativ qaydadadeyil, seçim imkanı müəyyən edilməklə tətbiqiməqsədəmüvafiqdir”.

Məqalədə:
Chosen
54
2
az.trend.az

3Sources