EN

Soyuq aylarda tək ehtiyacımız bu imiş…

Soyuq hava şəraiti, azalan günəş işığı və infeksiyaların artması qış aylarında orqanizmin vitamin ehtiyacını artırır. İmmuniteti gücləndirmək, enerjini qorumaq və sağlamlığı saxlamaq üçün düzgün qidalanma vacibdir. Mütəxəssislər bildirirlər ki, bu dövrdə müəyyən vitaminlərə daha çox diqqət yetirilməlidir.

Bəs, qışda hansı vitaminlərə ehtiyacımız var?

Yenisabah.az bu haqda ətraflı məlumatı təqdim edir:

Vitamin C – İmmuniteti gücləndirir, soyuqdəymə və qripdən qoruyur. Sitrus meyvələri, kivi, qara qarağat, kələm və bibərdə olur.

Vitamin D – Günəş işığı azaldığı üçün D vitamini çatışmazlığı ola bilər. Sümüklər və immunitet üçün vacibdir. Yağlı balıq, yumurta sarısı və D vitamini ilə zənginləşdirilmiş qidalarda olur.

Vitamin A – Dərinin və selikli qişaların qorunmasına kömək edir. Yerkökü, balqabaq, ispanaq və ciyərdə olur.

Vitamin E – Hüceyrələri qoruyur və immuniteti gücləndirir. Qoz-fındıq, bitki yağları və yaşıl yarpaqlı tərəvəzlərdə var.

B qrup vitaminləri – Enerji səviyyəsini artırır və sinir sistemini qoruyur. Taxıllar, paxlalılar, ət və süd məhsulları ilə qəbul edilə bilər.

Aytac Şahin


Telegram kanalımız
Chosen
29
yenisabah.az

1Sources