EN

Tiryək müharibələri səssiz müharibə kateqoriyasına aiddir - Deputat

Bakı. Trend:

Biz artıq hər gün televiziyadə eşidirik ki, ölkəmizə narkotikgətirənlər aşkar edilir. Tiryək müharibələri tarixdə həmişə olub,tiryək müharibələri səssiz müharibə kateqoriyasına aiddir.

Trend xəbərverir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüHikmət Babaoğlu komitənin bu gün keçirilən iclasında “AzərbaycanRespublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)2024-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı deyib.

Deputat bildirib ki, bu gün bizim qonşu ölkəmizdə Azərbaycanaqarşı tiryək müharibəsi aparılır:

“Bu qonşu ölkənin adını hamımız bilirik. Biz nadir hallardaGürcüstandan, Rusiyadan, Türkiyədən narkotik keçirilməsinə rastgəlirik. Amma məlum qonşu ölkə yerdən, göydən, dənizdən narkotikibizim başımıza yağdırır.

Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biridə enerji içkilərinin satışıdır. Buna da hansısa məhdudiyyətgətirməliyik. Bu içkilərdən istifadə edənlərdə 22-25 yaşlarda şəkərxəstəliyi baş qaldırır, tükənmə hissi yaranır. Bu içkiləriiçənlərin övladları olmur, bu genefondu qurutmaq üçün istifafəolunur”.

Chosen
56
6
az.trend.az

8Sources