Futzal üzrə Azərbaycan millisi Avro-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəyi oyun üçün təlim-məşq toplanışına start verib.
Axar.az xəbər verir ki, toplanış martın 8-dək Bakıda olacaq.
Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Onlardan biri legioner, biri isə klubsuz oyunçudur.
Milli komanda səfərə martın 9-da çıxacaq.
Qeyd edək ki, martın 11-də Afinada keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Toplanışa dəvət almış futzalçıların siyahısı: