
Ağdam rayonunun Əfətli kəndində qidadan kütləvi zəhərlənmə olub.
Reyting.az "Report"-a istinadla bildirir, həmin şəxslərin tortdan zəhərləndikləri ehtimal olunur.
Zəhərlənmiş şəxslər aşağıdakılardır:
- 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı
- 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu
- 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu
- 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl
- 2006-cı il təvəllüdlü Əsədova Türkan
- 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlayıb.