Planetin ən yaxşı futbolçularından biri Kriştiano Ronaldu kumirlərinin adlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, hazırda Portuqaliya yığması və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan 40 yaşlı hücumçu 2 keçmiş futbolçuya pərəstiş etdiyini söyləyib.
"Nazario Ronaldo və Ronaldinyo futbol tarixində özlərindən sonra iz buraxıblar. Düzdür, mən onların hər ikisindən çox fərdi mükafatlar qazanmışam. Lakin həm Ronaldo, həm də Ronaldinyo dünya çempionu tituluna sahib çıxıb. Mən onların oyununa baxaraq böyümüşəm. Fərqi yoxdur onlardan hansı daha güclüdür? Əsas odur ki, hər iki futbolçu futbola öz töhfəsini verib", - deyə Ronaldu vurğulayıb.