EN

Cənubi Karolina meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edib

Cənubi Karolina ştatında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bu barədə ştatın qubernatoru Henri Makmasterin saytında yerləşdirilən məlumatda deyilir.

Qubernatorun fərmanı artıq görülən tədbirləri tamamlamaq məqsədi daşıyır. Belə ki, indi ştat sakinlərinə ocaq yandırmaq qadağandır. Bəyanatda qeyd olunub ki, qanunu pozanlar "törətdikləri əməllərə görə qanuna uyğun olaraq cavab verəcəklər”.

Yanğınsöndürmə idarəsinin məlumatına görə, Cənubi Karolinada təxminən 17 kvadrat kilometr ərazini əhatə edən 175 alışma ocağı var.
 
 

Chosen
10
1
7news.az

2Sources