İsrailin fələstinlilərə zülmündən bəhs edən “Başqa diyar yoxdur” ( "No Other Land") filmi ən yaxşı sənədli film nominasiyası üzrə Oskar mükafatına ıayiq görülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mükafat ABŞ-ın Los-Anceles şəhərində təşkil edilən mərasimdə verilib.
Film fələstinlilərin İsrail ordusunun dağıdıcı və sürgün siyasətinə qarşı İsrailin işğalı altındakı İordan çayının qərb sahili Mesafir Yattada apardıqları mübarizədən bəhs edir: "Film fələstinli fəal Basel Adranın 2019-2023-cü illərdə öz həyatı bahasına İsrail ordusunun hərbi əməliyyatlarını, dağıntılarını sənədləşdirmək səyindən bəhs edir...".
Ləman
MİA.AZ