EN

Ombudsman: Özbaşına tikilmiş fərdi evlərin sənədləşdirilməsi üçün normativ baza hazırlanmalıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mənzil hüququnun təmini istiqamətində atılacaq mühüm addımlardan biri də sənədsiz yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlıdır.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Belə ki, çoxmərtəbəli binalarda yerləşən mənzillərin sənədləşdirilməsi üçün hüquqi baza olsa da, özbaşına tikilmiş fərdi yaşayış evlərinin rəsmiləşdirilməsi mexanizmi hələ də mövcud deyil.
Bildirilib ki, bu isə həmin tikililərdə yaşayan şəxslərin mənzillərindən istifadə və sərəncam hüququnu, habelə digər əlaqəli hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Qeyd olunanları nəzərə alaraq, özbaşına tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı normativ bazanın hazırlanmasına ehtiyac var.
Mərahim Nəsib
Chosen
44
oxu.az

1Sources