EN

Messiyə pərəstiş etdiyi üçün ağır cəzalandı

Marko Antonio Ortis Navanın cəzası məlum olub.

"Football-plus.az" xəbər verir ki, KONKAKAF Çempionlar Liqasının 1/16 final mərhələsinin “İnter Mayami” - “Sportinq Kanzas Siti” ilk oyununu idarə edən hakim ev sahiblərinin oyunçusu Lionel Messidən avtoqraf istəmişdi. ESPN-in xəbərinə görə, meksikalı referi 6 aylıq cəzalanıb.

Xatırladaq ki, Ortis matçdan sonra Messiyə yaxınlaşaraq əlilliyi olan qohumu üçün avtoqraf istəmişdi. KONKAKAF-ın yaydığı məlumatda hakimin hərəkətinin ədalət təmsilçilərinin davranış məcəlləsinə uyğun gəlmədiyi qeyd edilib.

Referi səhvini etiraf edib, üzr istəyib və tətbiq olunan intizam tədbirlərini qəbul edib.

Chosen
56
football-plus.az

1Sources