EN

Lətifə bahalı alış-verişini nümayiş etdirdi - Fotolar

Müğənni Lətifə Soyuöz paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi bahalı markalardan etdiyi alış-verişin görüntüsünü yayımlayıb.

Lətifə paylaşımına "Bu əşyaların içində mənə ən dəyərli olan "ByLati"dir… Moda dəyişkəndir. Bu gün bir şey dəbdədir, sabah başqa bir şey. Brendlər hər gün yeni kolleksiyalar buraxır, fasonlar, ətirlər, stillər dəyişir. Amma dəyişməyən bir şey var – bizim təbii gözəlliyimiz.

Geyim sizə özünüzə inam verə bilər, amma həqiqi parıltı baxımlı dəri, sağlam saçlar və özünüzə qayğı ilə gəlir. 8 Mart ərəfəsində ən vacib olanı unutmayın – öz gözəlliyinizi qoruyun. Özünüzə və ya sevdiklərinizə həqiqi dəyəri olan bir hədiyyə verin. Həqiqi gözəllik əşyalarda deyil. Həqiqi gözəllik – sənsən".

  

Chosen
20
turanpress.com

1Sources