EN

Zukerberq buna görə tənqid olundu

“Meta” şirkətinin baş direktoru Mark Zukerberqın həyat yoldaşı Priskilla Çanın 40 illik yubileyində ifaçı Benson Bonu təqlid etməsi müzakirələrə səbəb olub. 

“Cebheinfo.az” xəbər verir ki, “İnstagram” izləyiciləri Zukerberqi arvadının özəl günündə bütün diqqəti öz üzərinə çəkməkdə ittiham edib. 

Belə ki, Zukerberq dəvətdən sonra ifaçı Benson Bonu təqlid etmək üçün səhnəyə çıxıb.

O, super ulduz kimi bir şou göstərib. Zukerberq səhnəyə çıxıb əllərini açıb və iki nəfər ona smokinqini tez çıxarmağa kömək edib. 

Onun altından geyindiyi açıq mavi tulum üzə çıxıb. Dünyanın ikinci ən varlı adamı olan Zukerberq buna görə tənqid olunub. 

Chosen
19
cebheinfo.az

1Sources