EN

Macarıstan Aİ-nin Ukraynaya hərbi yardımla bağlı sənədini əngəlləyib

Bakı. Trend:

Ötən həftə Macarıstan Avropa İttifaqı səfirlərinin toplantısındatəhlükəsizlik zəmanətlərini və Ukraynaya yeni hərbi yardımı nəzərdətutan sənədin layihəsini əngəlləyib.

Trend xəbər verirki, bu haqda “Politico” yazır.

Fevralın 24-də Macarıstan XİN rəhbəri Peter Siyarto Avropaİttifaqının Ukraynaya əlavə onlarla milyard avro həcmində əlavəhərbi yardımın ayılmasına razı olmayacaqlarını bəyan etmişdi.

Bundan əvvəl İtaliya, Portuqaliya, İspaniya və MacarıstanRusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 20 milyardavroluq yardımın ayrılmasına qarşı çıxmışdı.

Məqalədə:
Chosen
8
az.trend.az

1Sources