1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın görüşünə hazırlıq işləri sürətlənib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbə iddia edir ki, Ağ Evdə D.Trampla V.Zelenski arasında yaşanan gərginlik Rusiya-ABŞ münasibətlərinin bərpası ilə bağlı danışıqların növbəti raundu üçün əlavə stimul yaradıb.
Xatırladaq ki, fevralın 12-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, söhbət təxminən bir saat yarım davam edib.