EN

“Rusiyanın strateji məqsədi eynidir” - Skibitskiy Putinin 2025-ci il planlarından danışıb

Rusiya Federasiyasının 2025-ci il planlarında Donetsk və Luqansk vilayətlərinin bütün ərazisinin ələ keçirilməsi və əvvəllər işğal edilmiş ərazilər üzərində nəzarətin saxlanılması var.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin müavini, general-major Vadim Skibitskiy “RBK-Ukraina”-ya müsahibəsində bildirib.

O, qeyd edib ki, Rusiya rəhbərliyi müharibə ilə bağlı planlarını davamlı olaraq redaktə etsə də, strateji məqsəd eyni qalır – bu, ya tam işğal, ya da Ukraynaya tam nəzarətdir.

GUR nümayəndəsinin sözlərinə görə, ruslar əvvəl planlaşdırdıqları kimi çox qısa müddətdə tam işğal həyata keçirmək mümkün olmayıb, buna görə də indi Ukrayna üzərində nəzarət əldə etməyə çalışırlar.

“Öz sənədlərində onlar artıq müəyyən edirlər ki, Ukraynadakı rəhbərlik və Ukrayna ümumilikdə neytral və ya prorusiya olmalıdır. 2025-ci il planlarına gəldikdə, bu gün üçün Rusiya Federasiyasının qoyduğu əsas məqsəd Donetsk və Luqanskın bütün ərazisinin ələ keçirilməsi, Rusiya tərəfindən xüsusi hərbi əməliyyat adlandırılan tapşırıqların yerinə yetirilməsi və ələ keçirilmiş ərazilər üzərində nəzarətin saxlanılmasıdır”, - deyə o, vurğulayıb.

Skibitskiy əlavə edib ki, Kremlin qlobal planı 1992-ci ildə Sovet İttifaqının dağılmasından bəri dəyişməyib:“Çünki dövlətimizi ələ keçirmək və ona birbaşa təsir göstərmək illərdir Kremlin əsas məqsədlərindən biri olub. Ukrayna – güclü müdafiə-sənaye kompleksi, sənaye və kifayət qədər insan resursuna malik slavyan ölkəsidri, əhali oxşar dilə sahibdir və bütün bu müddət ərzində əhəmiyyətli tarixi nailiyyətlər əldə edib. Məncə bu geniş ərazi Rusiya Federasiyasına NATO ölkələri ilə sərhədlərində buffer zona yaratmağa imkan verə bilər”.

“AzPolitika.info”

Chosen
82
azpolitika.info

1Sources