EN

Zelenskiyə əsəbiləşən Tramp ilk prezident deyilmiş

Sən demə, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıq zamanı “səbir kasası” daşan yeganə ABŞ prezidenti Donald Tramp deyilmiş. Belə bir situasiya Co Bayden dövründə də telefon danışığı zamanı yaşanıb.

Azreform.info “NBC News”a istinadən xəbər verir ki, hadisə 2022-ci ilin iyun ayında Co Baydenlə Volodimir Zelenski arasındakı telefon danışığı qalmaqalla başa çatıb.

Belə ki, Zelenski Baydendən ona lazım olan və ala bilmədiyi bütün əlavə yardımları sadalamağa başlayan zaman mübahisə baş verib.

Nəticədə səbrinə hakim kəsilə bilməyərək özündən çıxan Bayden ABŞ-nin Ukraynaya verdiyi dəstəyə görə Zelenskini bir az minnətdarlıq etməyə çağırıb.

Mürtəza
Azreform.info

Chosen
22
3
azreform.info

4Sources