EN

Ali satan: Yaxın Şərqdə işlər qarışıqdır və sadiqlik ən çətin şeydir -SÖHBƏT

PKK liderlərinin və onlardan istifadə edən qüvvələrin Öcalanın çağırışını nəzərə alacağına inanmaq romantik bir gözləntidir

Abdullah Öcalanın PKK ilə bağlı son açıqlamaları Türkiyənin siyasi həyatında yeni bir mərhələnin başlanğıcını qoya bilər. Öcalanın PKK-nı silahları yerə qoymağa çağırması və təşkilatın gələcəyi ilə bağlı müzakirələr geniş şəkildə gündəmə gəlib. 
Həmçinin Yaxın Şərqdəki geosiyasi dinamikalar və etnik, dini, və ideoloji ayrılıqlar da PKK-nın mövqeyini və hərəkətlərini yönləndirən əsas faktorlardan hesab olunur. Bu açıqlama, eyni zamanda PKK liderlərinin və təşkilatın digər üzvlərinin Öcalanın çağırışına necə yanaşacağı ilə bağlı ciddi suallar ortaya qoyur.
Bununla yanaşı, Türkiyədəki siyasi vəziyyətin necə formalaşacağı, yeni prezident seçkiləri və konstitusiya dəyişikliyi ilə bağlı ehtimallar da gündəmdədir. 

Mövzu ilə bağlı türk siyasi şərhçi Ali Satan Sherg.az-ın Yaxın Şərqdəki mürəkkəb vəziyyət və Abdullah Öcalanın açıqlaması ilə bağlı suallarını cavablandırıb: 

-Abdullah Öcalan PKK-ya silahı yerə qoyub dağılış dedikdə hansı siyasi proseslər başlayacaq? Türkiyədə yeni siyasi vəziyyət necə olacaq?   
-Türkiyədə heç bir siyasi dəyişiklik gözləmirəm. Düşünürəm ki, terrorçuların lideri ilə görüşmək və açıqlama almaq daha çox Suriyadakı gözləntilərlə bağlıdır. Təşkilat artıq Türkiyədə çətin vəziyyətdədir. 

-Yeni prezident seçkiləri gözlənilirmi?
-Ərdoğan həmişə seçkiləri vaxtında keçirmək istəyən liderdir. Düşünürəm ki, o, son ana qədər hüquq və səlahiyyətlərindən istifadə edəcək. Görünən odur ki, bu inkişaf edən, müstəqil təkrar seçkiyə zəmin yaratmaq üçün qanunda göstərilən müddət ərzində taktika tətbiq oluna bilər.

-Türkiyə Konstitusiyasında dəyişiklik baş verəcək mi?
-Konstitusiyaya dəyişiklik lazımdır, lakin parlamentin bunu etməsi mümkün deyil. 

-Yaxın Şərqdəki vəziyyət və PKK liderlərinin Öcalanın açıqlamasını nəzərə alıb-almayacağı ilə bağlı nə düşünürsünüz?
-Onu da qeyd edim ki, PKK liderlərinin və onlardan istifadə edən qüvvələrin Öcalanın çağırışını nəzərə alacağına inanmaq, məncə, həddindən artıq romantik bir gözləntidir. Yaxın Şərqdə işlər qarışıqdır və sadiqlik ən çətin şeydir.
Chosen
64
sherg.az

1Sources