EN

Gələcəyi ilə bağlı qərar verdi

Tomas Müller gələcəyi ilə bağlı qərar verib.

“Bavariya”nın hücumçusu Münhen klubunda qalmaq istəyir. “Bild” qəzetinin məlumatına görə, 35 yaşlı futbolçu klubla müqavilənin müddətini uzatmaq istəyir. Müller növbəti mövsümdə əsas heyətin oyunçusu olmayacağını anladığı üçün maaşını azaltmağa da hazırdı.

Onun “Bavariya” ilə hazırkı müqaviləsi bu ilin yayında qüvvədən düşəcək. Tomas bu mövsüm bütün turnirlərdə 31 matça çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Chosen
57
2
football-plus.az

5Sources