EN

Amorim “Fulhem”ə məğlubiyyət haqda: “Bizim günümüz deyildi”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Kubokunun 1/8 finalında “Fulhem”ə məğlubiyyəti şərh edib.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” doğma meydanda keçirilmiş oyunda hesabda geri düşmələrinə rəğmən 1:1 hesablı heç-heçəni qoparsalar da, penaltilər silsiləsində 3:4 hesablı məğlubiyyətə üzülüblər.

Ruben Amorim matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Fikrimcə, biz 35 dəqiqə ərzində topa yaxşıca nəzarət etdik, oyunu da nəzarətdə saxladıq, qalan vaxt ərzində isə məqamlar yaratmağa çalışırdıq. Bəzən biz 90 dəqiqə ərzində eyni ahəngdə oynaya bilmirik, amma yaxşı fəaliyyət göstərdiyimiz, topa sahib olduğumuz vaxtı artırırıq. Bəzən siz qalib gəlirsiniz. Bəzən siz məğlub olursunuz. Biz, cari mövsümün belə olacağını artıq bilirdik.

Əvvəl-axır, penaltilər silsiləsində ixtiyari komanda qalib gələ bilər, amma bu gün bizim günümüz deyildi. Bəzən növbəti addımı atmaq üçün azacıq uğur əskik olur”, – “Mançester Yunayted”in mətbuat xidməti portuqal mütəxəssisdən sitat gətirir.

1/4 finala vəsiqə qazanmış “Fulhem” bu mərhələdə “Kristal Pelas”la qarşılaşacaq.

Chosen
17
arena.az

1Sources