EN

"Times" meydanında Ramazan həyəcanı – Müsəlmanlar namaz qılıb, iftar etdilər + VİDEO

ABŞ-nin Nyu-York şəhərindəki məşhur "Times" meydanında Ramazan ayının gəlişi qeyd olunub.

Soyuq havaya baxmayaraq, müsəlmanlar bir araya gələrək iftar edib, meydanda birlikdə təravih namazı qılıblar.

Meydana toplaşan müsəlmanlar Fələstin xalqına dəstəklərini ifadə edən çıxışlar ediblər. “Azad Fələstin” şüarlarının səsləndiyi meydanda İsrailin Qəzzaya hücumları təkbir səsləndirilərək etiraz edilib. Çıxışlarda İslamın tolerantlıq və anlayışa əsaslanan bir din olduğu vurğulanıb, Qəzza xalqına qarşı hücumların soyqırım olduğu bildirilib və bütün müsəlmanlara birlik çağırışı edilib.

Bundan əlavə 1500 nəfərə üçün iftar süfrəsi açılıb. Nyu-Yorkda mənfi 10 dərəcə soyuq olmasına baxmayaraq, müsəlmanların Ramazan tədbirində yüksək fəallığı müşahidə edilib.

“AzPolitika.info” 

Chosen
30
azpolitika.info

1Sources