İsraildə terror hücumunda 1 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edilib ki, bu gün Hayfada törədilən terror aktında biri ağır olmaqla 4 nəfər yaralanıb. Bir nəfər ölüb.
12:20
İsraildə terror hücumu olub.
APA xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.
Məlumata görə, terror hücumu Hayfada ticarət mərkəzində baş verib.
Nəticədə azı 4 nəfər yaralanıb.
Bildirilib ki, hücumu törədən iki terrorçu zərərsizləşdirilib.