Argentinalı ulduz futbolçu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.
Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı forvard "İnter Mayami" ilə müddəti 2025-ci ilin sonuna qədər olan müqaviləsini uzatmağa meyllidir. O, Xuan Laportanın rəhbərliyi dövründə "Barselona"ya qayıtmamaqda israrlıdır.
Qeyd edək ki, Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib.