Rusiya ilə Türkiyə arasında münasibətlər çoxşaxəlidir və inkişaf etməkdə davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Moskva ilə Ankara arasında münasibətlər çoxşaxəlidir və inkişaf etməkdə davam edir. Gərgin dialoq gedir. Bizim o qədər yaxın, işgüzar əlaqələrimiz var ki, bir neçə saat ərzində bu barədə razılığa gəlirik”, - deyə o bildirib.
Federasiya Şurasının sədri Valentina Matviyenko ötən həftə Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla Ukrayna, Suriya və Yaxın Şərq məsələlərini müzakirə etdiyini bildirib.
O, Ərdoğanın ondan Türkiyədə çox gözlənildiyini Rusiya prezidenti Vladimir Putinə çatdırmasını istədiyini və onu çox yaxın dost kimi xarakterizə etdiyini qeyd edib.