EN

AFFA "Neftçi" ilə "Zirə"ni cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.

“Zirə” – “Araz-Naxçıvan” oyununda 5 sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib. Qəsəbə təmsilçisinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirilməsinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Zirə” 500 manat cərimələnib.

“Neftçi” – “Kəpəz” matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Bassalu Sambu isə 2 oyunluq diskvalifikasiya olunub. Onun davranışı "ağ-qaralar"a həm də 1500 manat cərimə bahasına başa gəlib.

Chosen
11
1
fanat.az

2Sources