EN

USAID Ermənistana 110 milyon dollar köçürməyə macal tapıb

Bakı, 3 mart, AZƏRTAC

USAID agentliyi vəsaitləri dondurulmadan öncə Ermənistana 110 milyon dollar köçürə bilib.

AZƏRTAC xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə Ermənistan USAID ilə 250 milyon dollarlıq qrant sazişi çərçivəsində 110 milyon dollar alıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın USAID-nin rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin etdiyi dövlət katibi Marko Rubio xarici yardım siyasətinə yenidən baxılacağı barədə konqresi məlumatlandırıb. Donald Tramp administrasiyası, həmçinin USAID-nin 60-a yaxın yüksəkvəzifəli məmurunu məzuniyyətə göndərib.

Amerikalı sahibkar İlon Mask isə USAID agentliyini “ölümə layıq cinayətkar təşkilat” adlandırıb. O, həmçinin agentliyin “ABŞ-a nifrət edən radikal sol marksistlərin ilan yuvası” olduğunu vurğulayıb.

2024-cü ilin sentyabrında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və USAID-nin Ermənistandakı missiyasının rəhbəri Con Allelo İrəvan və Vaşinqton arasında qrant sazişinə düzəlişlər barədə sənədi imzalayıb. Nəticədə Ermənistana ayrılan məbləğ iki dəfədən çox artırılaraq 120 milyon dollardan 250 milyon dollara yüksəlib.

Chosen
48
1
azertag.az

2Sources