EN

Ranyeri: “Komo” kimi çətin rəqiblə oyunda geri-dönüş vacib idi”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 27-ci turunun “Komo” ilə ev oyunundakı qələbəni şərh edib.

Arena.az məlumat verir ki, oyunun birinci hissəsində hesabda geri düşmüş “canavarlar” ikinci hissədə geri-dönüş edərək, yekunda 2:1 hesablı əzmkar qələbəyə seviniblər.

Ranyeri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mən “Komo”nun – stomatoloqa keyləşdiricisiz güzar olduğunu deyəndə, hamını xəbərdar etmişdim, çünki Fabreqasın (ispan mütəxəssis Sesk Fabreqas, “Komo”nun baş məşqçisi – redaktorun qeydi) hansı işi icra etdiyinə bələdəm. Bu, əla komandadır. Mən əminəm ki, “Komo” gələcəkdə 90-cı illərin “Parma”sı olacaq.

Birinci hissədə biz əzab-əziyyət çəkirdik, çünki yüksək təpki etməyə çalışırdıq, amma bacarmırdıq, çünki onlar çox yaxşı oynayırdılar: iki ötürmə ilə, cəld, təpki altında – bu, asan deyil. Oyun vaxtı mən öz oyunçularıma yığcam qalmalarını, qısa məsafələri saxlamağı əmr etdim, amma komandamın həmişə yüksək təpki etmək həvəsi var, onlar isə bizi buna görə cəzalandırdılar.

Yaxşı ki, ikinci hissədə komandam buna qarşılıq vermək istədi, qüruru qabardı, kütlə isə bizi irəli qovdu. Bu, bizim üçün vacib idi – belə bir çətin oyunda geri-dönüşlə oyuna qayıtmaq” – “Roma”nın rəsmi saytı 73 yaşlı qocaman italyan mütəxəssisdən sitat gətirir.

Cari mövsümdə keçirdiyi 27 oyunda 43 xal toplamış “Roma” İtaliya A Seriyasının yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Latsio” isə 28 xalla 13-cü pillədədir.

İtaliya A Seriyasında 58 xalla “İnter” başçılıq edir.

Chosen
21
arena.az

1Sources