EN

50 qadına təhsil vermək üçün 65 min arı bədəninə qondu

Məşhur aktrisa Ancelina Coli arıların qorunmasına diqqət çəkmək məqsədilə unikal fotosessiyada iştirak edib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, çəkiliş zamanı aktrisanın bədəninə 65 min arı qonub. Arılar şampun, sabun və parfüm iyinə həssas olduqları üçün Coli üç gün boyunca çimməyib.

Qaranlıq məkanda aparılan çəkiliş zamanı aktrisa tam 18 dəqiqə hərəkətsiz dayanıb. Çəkiliş heyətinin digər üzvləri isə arı sancmasından qorunmaq üçün xüsusi geyimlərdən istifadə ediblər.

Layihənin məqsədi 5 il boyunca 50 arıcı qadına təhsil vermək, 2 min 500 arı pətəyi yaratmaq və 125 milyon arı yetişməkdi.

Chosen
14
azedu.az

1Sources