EN

“Oğluma müğənni qız almaram” deyən Elnarənin oğlu müğənni ilə EVLƏNİR?

Əməkdar artist Elnarə Abdullayevanın oğlunun müğənni ilə eşq yaşadığı iddia olunub.

Publika.az bizim.media-ya istinadənb xəbər verir ki, bu barədə “Rəngarəng”də aparıcı Zaur Nəbioğlu danışıb.

O, bununla bağlı E. Abdullayevaya sual ünvanlayıb. Xanəndə əvvəlcə bir müddət öncə dediyi “oğluma müğənni qız almaram” fikrindən söz açıb:

“O açıqlamamı hərə bir tərəfə yozdu. Amma oğlum o xasiyyətdə adam deyil, qaraqabaqdı. Dəfələlə müəyyən işlər olub, ətrafımda musiqiçilər olub. Məsələn, qaynımın oğlu zurna ifaçısıdı, deyirəm, filankəs yaxşı oxuyur, onu al. Gözünün qabağında gəlinbacın neçə illərdir oxuyur, yanımdan bir köpəkoğlu keçə bilməz. Getdi, fırlandı gəldi.

Chosen
124
5
publika.az

10Sources