EN

“LMM raketləri “Şahed” tipli pilotsuz təyyarələri effektiv şəkildə məhv etməyə qadirdir” - Ukraynanın müdafiə naziri

Martın 2-də Ukrayna və Böyük Britaniya arasında 1,6 milyard funt-sterlinq dəyərində təhlükəsizlik və müdafiə sahəsində böyük saziş imzalanıb. Bu layihə Ukraynanın hava hücumundan müdafiəsini 2030-cu ilə qədər gücləndirməyə yönəlib.

Herbiand.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.

Qeyd olunub ki, Britaniyada Ukrayna prezidenti Vladimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün irimiqyaslı LMM-RapidRanger layihəsinin işə salınması razılaşdırılıb. Umerov deyib ki, bu təşəbbüs çərçivəsində Ukrayna 5 mindən çox raket ələ keçirən LMM və buraxılış qurğuları alacaq.

Müdafiə naziri vurğulayıb ki, LMM-lər dəqiq idarə olunan raket ələ keçiricidir və “Şahed” tipli pilotsuz təyyarələri effektiv şəkildə məhv etməyə qadirdir. O vurğulayıb ki, bu raketlər 2022-ci ildən 2024-cü ilə qədər döyüş meydanında öz effektivliyini artıq sübut edib.

Umerovun sözlərinə görə, layihə Britaniyanın Thales şirkəti, Ukrayna müəssisələri və Britaniya hökuməti ilə birgə həyata keçiriləcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
10
herbiand.az

1Sources