EN

Elnur Soltanov: "Ölkədə 1.5 milyard kubmetr qaza qənaət edəcəyik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Enerji səmərəliliyi ən ciddi, əhəmiyyətli enerji mənbəyi sayılır. 2030-cu ilədək nəzərdə tutulan 2 giqavatlıq nəticəni düşünürük ki, 2027-28-ci illərdə əldə edək".
Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının (İES) yenidən qurulması nəticəsində ölkədə 1.5 milyard kubmetr qaza qənaət edəcəyik:
"Bu, əhali üçün yaxşı xəbərdir. Çünki daha ucuz qaz deməkdir".
Nazir müavini əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər xalis sıfır ərazi zonası elan olunub.
O, həmçinin ildə beş milyard kubmetrdən çox qazdan istifadə edildiyini vurğulayıb.
Mərahim Nəsib
Chosen
33
2
oxu.az

3Sources