Ticarət müharibəsinin dolları daha da zəiflədəcəyi ilə bağlı narahatlıqlar artmaqda davam edir.

İndex.az xəbər verir ki, bu narahatlıqlar fonunda investorlar qrupu ehtiyat valyutalara yönəlməyə başlayıb.

ABŞ Prezidenti Donald Trampın tarif təhdidləri keçən həftə dolları bahalaşdırsa da, investorların proqnozuna görə, ABŞ iqtisadiyyatında artımın zəifləməsi və davam edən ticarət müharibəsi dolları daha da zəiflədəcək.